Abdullah Avcıdan Okay Yokuşlu sözləri

Bakı, 11 avqust, Sporaz.tv

Trendyol Super Liqasının ilk həftəsində “Sivasspor“la qarşılaşacaq “Trabzonspor“un çalışdırıcısı Abdullah Avcı; “Okay Yokuşlu türk futbolunu Avropada təmsil etmiş milli futbolçudur. O, bizə hazır gəlib. Heyətdə belə dəyişikliklər zamanla olacaq” dedi.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının ilk həftəsində Abdullah Avcının idarə etdiyi “Trabzonspor” səfərdə “Sivasspor”un qonağı olacaq.

Qarşılaşmadan əvvəl “bordo-mavi”lərin çalışdırıcısı açıqlama verib.

Abdullah Avcı açıqlamasında; “Biz liqanı erkən açanlardan biriyik. Bu il başladığımız üçün həyəcanım çox yüksəkdir. Heyətin ümumi quruluşu, gələn oyunçuların vəziyyəti, “Trabzonspor”un böyüklüyü həyəcanımı artırır. Bilirəm ki, təmkinli tərəfdarlar onlara dəstək olanda mükafatlarını alacaqlar, onlar da bizim üçün ən yaxşısını istəyirlər” dedi.

Təcrübəli məşqçi sözünə davam etdi; “Okay Yokuşlu türk futbolunu Avropada təmsil edən milli futbolçudur. O, bizə hazır gəlib. Heyətdə belə dəyişikliklər zamanla olacaq. İşlərin həlli üçün matçlarda qalib gəlmək lazımdır. Ümid edirəm ki, bunun üçün mükafat alacağıq” dedi.

Bahar Rüstəm