Abdullah Avcıdan 2 dəyişiklik

Bakı, 1 avqust, Sporaz.tv

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “Ruzomberok” komandasını qəbul edən “Trabzonspor” rəqibi ilə ilk oyunun 11-i ilə müqayisədə 2 dəyişikliklə meydana çıxıb.

Sporaz.tv xəbər verir ki, məşqçi Abdullah Avcı 2:0 hesabı ilə qalib gəldikləri ilk matçın start 11-də Bardhi və Umut Güneşi əvəzləyərkən, bu futbolçuları ilk matçda əvəzedici kimi meydana çıxaran və komandasının ikinci qolunu vuran Cihan Çanakla əvəzlədi.

“Ruzomberok”la ilk oyunda sağ cinah müdafiəsində çıxış edən Ozan Tufan, sağ cinah müdafiəsində Malheiro ilə yarımmüdafiədə iştirak edib.

“Trabzonspor”un ilk oyununda zədələnən Borna Barişiç matçın heyətində yer alıb. Lisenziyası gec verilən Savic, yeni transfer Okay Yokuşlu və hələ fiziki cəhətdən hazır olmayan Hüseyn Türkmen matçın heyətində yer almayıb.

Trabzonda müxtəlif proqramlara qatılan nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və səhiyyə naziri Kamal Memişoğlu da matçı izləyib.

Türkiyə Futbol Federasiyasının prezidenti seçilən İbrahim Hacıosmanoğlu müşayiəti ilə Trabzona gələrək, əvvəllər klub prezidenti olduğu komandanın oyununa baxıb. Hacıosmanoğlu Papara Parka gəldikdən sonra “tünd qırmızı-mavili” pərəstişkarları ilə foto çəkdirib.

Ötən mövsüm “Fenerbahçe” matçında baş verən insidentlərə görə son 4 matçını tamaşaçısız keçirən “Trabzonspor” bu mövsüm ilk matçını tribunalarla dolub.

Papara Park stadionunun böyük hissəsini dolduran azarkeşlər komandalarına dəstək olublar.

Bahar Rüstəm