Abdellah Zoubirdən həlledici qol

Bakı, 3 iyun, Sporaz.tv

Azərbaycan Kubokunun final oyunundakı həlledici qol “Abdellah Zoubir (Abdullah Zubir)” üçün əlamətdar olub.

 Sporaz.tv Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.

O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olub. Zoubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqa-da 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə adını tabloya yazdırıb.

Qeyd edək ki, “A.Zoubir (A.Zubir)” 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.