Aaron Wan-Bissaka transferi tamamlanmaq üzrədir

Bakı, 31 iyul, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından biri olan West Ham United (Vest Hem Yunayted), Manchester United (Mançester Yunayted)-dən Aaron Van-Bissakanı heyətinə qatmağa yaxındır.

Sporaz.tv xəbər verir ki, Manchester United (Mançester Yunayted)-in futbolçusu Aaron Van-Bissaka, komandanı tərk etməyə hazırlaşır.

Transferlə bağlı əksər şərtlərlə bağlı prinsipial razılığın əldə edildiyi və transfer haqqı ilə bağlı danışıqların davam etdiyi deyilir.

İngilis sağ cinah müdafiəçisi, transfer dövründə də “Galatasaray”ın gündəmində olub.

Manchester United (Mançester Yunayted)-in Aaron Van-Bissaka ilə yollarını ayırdıqdan sonra heyətinə yeni adı qatacağı gözlənilir.

Bildirilib ki, Van-Bissaka gedəndən sonra Manchester United (Mançester Yunayted), “Bayern Münhen”-dən Noussair Mazraouiyə təklif verəcək.