A Seriyasının keçmiş ulduzu otel otağında ölü tapılıb

Bakı, 30 sentyabr, Sporaz.tv

İtaliya A seriyasında çıxış edən keçmiş futbolçu Andrea Capone 43 yaşında dünyasını dəyişib. Caponenin cansız cəsədinin otel otağında tapıldığı bildirilib.

Sporaz.tv məlumat verir ki, A Seriyasının sabiq ulduzu Andrea Capone vəfat edib. 43 yaşlı sabiq futbolçunun meyiti dünən səhər saatlarında İtaliyanın Cagliari şəhərində 5 ulduzlu otelin otağında tapılıb.

İtalyan mediası ilkin olaraq, Caponenin təsadüfən yıxılaraq kəllə-beyin travması nəticəsində öldüyünü bildirib.

Caponenin ölümü ilə bağlı futbolçunun keçmiş klubu Cagliari tərəfindən edilən açıqlamada: “O, hər zaman peşəkarlığı, fədakarlığı və ehtirası ilə tanınan bir oğlandır”- dedi.

Keçmiş italyan futbolçu, “Cagliari“-nin infrastrukturunda məşq edib və ölkəsində “Vicenza”, “Treviso”, “Salernitana” kimi klublarda çıxış edib.