Bakı, 15 oktyabr, Sporaz.tv
Afrika Millətlər Kubokunun seçmə mərhələsinin L qrupunda Burundi və Burkina Faso milliləri qarşılaşıb. Qonaq komanda Burkina Faso 2:0 hesabı ilə qalib gəlsə də, matçdan sonra baş verənlər matçdan üstün olub.
Sporaz.tv xəbər verir ki, 2025-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsinin L qrupunda Burundi Burkina-Fasonu qəbul edib.
Mohamed Konate və Bertrand Traorenin qolları ilə Burkina Faso 2:0 hesabı ilə qalib gəlib.
Qarşılaşmadan sonra baş verənlər matçdan üstün olub. Final fitindən sonra azarkeşlər meydana axışıblar.
Azarkeşlərin qarşısını almağa çalışan polislərdən biri burundili futbolçunu fanat zənn edərək qamçılayıb.
Hadisədən sonra futbolçunun vəziyyətinin stabil olduğu öyrənilib.
Bahar Rüstəm