“Beşiktaş”ın “Lugano” matçları üçün heyəti açıqlanıb

Bakı, 20 avqust, Sporaz.tv

BeşiktaşAvropa Liqasının pley-off mərhələsində “Lugano” ilə qarşılaşacaq heyətini UEFA-ya açıqlayıb. Oxlade-ChamberlainDaniel Amartey “qara-ağlar”ın heyətində yer almayıb.

Sporaz.tv xəbər verir ki, Avqustun 22-də UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Beşiktaş” “Lugano”nun qonağı olacaq.

Bu qarşılaşmadan əvvəl “ağ-qara” komandanın heyəti dəqiqləşib.

Oxlade-Chamberlain və Daniel Amartey UEFA-ya bildirilən siyahıya daxil edilməyib.

“Beşiktaş” avqustun 29-da İstanbulda rəqibini qəbul edəcək və mübarizədən kənarlaşdırılacağı təqdirdə Avropa Liqasının liqa mərhələsində iştirak etmək hüququ qazanacaq.

“Beşiktaş”ın heyəti:

Ersin Destanoğlu, Mert Günok, Jonas Svensson, Gabriel Paulista, Onur Bulut, Tayyip Talha Sanuç, Omar Colley, Necip Uysal, Bəxtiyor Zaynutdinov, Arthur Masuaku, Emirhan Topçu, Milot Rashica, Salih Uçan, Demir Ege Tıknaz, Al-Muans , Cher Ndour, Can Keleş, Gedson Fernandes, Semih Kılıçsoy, Vincent Aboubakar, Ciro Immobile, Rafa Silva, Jackson Muleka

Bahar Rüstəm