90-cı dəqiqədə cərimə meydançası xaricindən möhtəşəm qol

Bakı, 5 avqust, Sporaz.tv

Argentina Liqasında Lanusun Tigreni məğlub etdiyi matçda “Walter Bou“(Valter Bou) komandasına qələbə qazandırıb. Bou, 90-cı dəqiqədə ümumi qolu vurdu.

Sporaz.tv məlumat verir ki, Argentina Premyer Liqasının 9-cu həftə matçında Lanus və Tigre üz-üzə gəlib.

Tigre 37-ci dəqiqədə Ramiro Carreranın avtoqolu ilə hesabda önə keçib. İlk hissə qonaq komandanın üstünlüyü ilə başa çatsa da, ikinci hissə qol duelinə şahidlik edib.

Ev sahibi Lanus, 56 və 69-cu dəqiqələrdə Eduardo Salvionun vurduğu qollarla 2-1 önə keçib.

Florian Monzon, 73-cü dəqiqədə Tigrenin ikinci qolunu vurub, Walter Bou, isə 90-cı dəqiqədə Lanusa qələbə qazandırıb.

Cərimə meydançasının girişində topa nəzarət edən 30 yaşlı hücumçu zərbə ilə tora dəyib və Lanusu önə keçirib. Meydandan qələbə ilə ayrılan Lanus, 3 xala sahib olub.