Bakı, 26 oktyabr, Sporaz.tv
“Samsunspor”da çıxış edən Olivier Ntcham “Kasımpaşa” matçında 8 dəqiqə ərzində 2 penaltidən yararlana bilməyib.
Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının 10-cu həftəsində “Kasımpaşa” və “Samsunspor üz-üzə gəlib.
“Qaradənizli”lərin heyətində çıxış edən Olivye Ntcham qaçırdığı penaltilərlə diqqətləri cəlb edib. İlk penaltini 19-cu dəqiqədə “Samsunspor” qazanıb. Olivier Ntcham penalti zərbəsini yerinə yetirməyə çalışdı və top dirəyə dəydi. Bu penaltidən 8 dəqiqə sonra, “Samsunspor” VAR yoxlaması ilə daha bir penalti qazandı. Ntcham yenidən topa nəzarət etdi. 28 yaşlı futbolçunun vurduğu penalti bu dəfə də qaçırıb. Ntcham ikinci penaltini buraxdıqdan sonra böyük kədər içində idi. Digər tərəfdən “Samsunspor”un buraxdığı ikinci penaltidən 4 dəqiqə sonra Atyac Karanın vurduğu qolla “Kasımpaşa” 1-0 önə keçdi.
Məhəmməd Qasımov