6:0 hesablı qələbə “Fenerbahçe”ye kifayət etməyib

Bakı, 26 may, Sporaz.tv

Trendyol Super Liqasının 38-ci və son həftəsinə çempionluq ümidi ilə daxil olan “Fenerbahçe” “İstanbulspor“u 6-0 hesabı ilə məğlub edib. Sarı-göylülər əzəli rəqibi G.Saray Konyaya qalib gələrək liqanı 2-ci pillədə başa vurub.

Sporaz.tv xəbər verir ki, Ülker Stadionunda keçirilən qarşılaşmaya ev sahibi “Fenerbahçe” təzyiq altında başlayıb və Edin Dzekonun 8-ci dəqiqədə penaltidən vurduğu qolla 1-0 önə keçib. Sarı-göylər 15-ci dəqiqədə Sebastian Szymanski ilə fərqi 2-yə yüksəldib.

36-cı dəqiqədə Dusan Tadic yenidən qol vuran “Fenerbahçe” soyunub-geyinmə otağına 3-0 öndə gedib.

Sarı-göylü komanda ikinci yarıda da qol yağışını davam etdirdi. 66-cı dəqiqədə Osayi-Samuel ilə hesabı 4-0 edən “Fenerbahçe”, 76-cı dəqiqədə Serdar Dursunla fərqi 5-ə yüksəldib: 5-0.

78-ci dəqiqədə səhnəyə çıxan Joshua King hesabı 6-0 edib.

Liqada ötən həftə derbidə səfərdə “Galatasaray”ı məğlub edən “Fenerbahçe” ötən həftə əvvəl aralarındakı xal fərqini 3-ə endirib və top fərqinə görə rəqibini qabaqlayıb.

Vüqar ALIŞOV