Bakı, 13 noyabr, Sporaz.tv
Manchester United (Mançester Yunayted)-in sol cinah müdafiəçisi Tyrell Malacia, 534 gündən sonra ilk dəfə meydana çıxıb.
Sporaz.tv xəbər verir ki, uzun müddət dizindən aldığı zədə səbəbindən iki əməliyyat keçirən Malacia, EFL Trophy-də baş tutan Manchester United-Huddersfield matçında ilk 11-likdə yer alıb.
25 yaşlı müdafiəçi, transfer olduğu 2022/23 mövsümündən sonra ilk dəfə Manchester United (Mançester Yunayted)-də forma geyinib.
Futbolçu, bundan əvvəl 39 dəfə “Manchester United”-in heyətində yer alıb.
Qeyd edək ki, qarşılaşma “Huddersfield”-in 4:1 hesablı üstünlüyü ilə başa çatıb.