5 illik müqavilə

Bakı, 16 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Tottenham” “Burnley“dən Wilson Odobertlə 5 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, Premyer Liqada “Tottenhem” Wilson Odobertlə hücum xəttini gücləndirib.

London komandasının verdiyi açıqlamada 19 yaşlı cinahla 5 illik müqavilə imzalandığı bildirilib.

İngiltərə mətbuatında çıxan xəbərlərdə “Tottenham”ın bu transfer üçün bonuslar daxil olmaqla 30 milyon avro ödəyəcəyi bildirilib.

Ötən mövsüm Premyer Liqada “Burnley”də çıxış edən Wilson Odobert “Chelsea”yə 4:1 hesabı ilə uduzduqları matçda klub tarixinə düşüb.

Həmin matçda vurduğu qolu ilə Wilson Odobert Premyer Liqa tarixində “Burnley” üçün qol vuran ən gənc oyunçu oldu.

19 yaşlı futbolçu ötən mövsüm “Burnley”nin heyətində 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm