43 yaşlı Daniel Güiza yeni komandası ilə müqavilə imzalayıb

Bakı, 3 iyul, Sporaz.tv

Daha əvvəl “Fenerbahçe“də çıxış edən 43 yaşlı Daniel Güiza İspaniyanın 3-cü Liqa komandası UD Rotena ilə müqavilə imzalayıb.

Sporaz.tv məlumat verir ki, bir vaxtlar “Fenerbahçe”də çıxış edən ispaniyalı forvard avqustun 17-də 44 yaşı tamam olacaq.

Daniel Güiza İspaniyanın 3-cü liqa komandalarından olan UD Rotena ilə 1 illik müqavilə imzalayıb.

UD Rotena Klubu yazılı açıqlamada, “Güiza komandanın irəli xəttini gücləndirmək üçün gəldi. Avropa çempionu ona təcrübəsi və hədəfləri ilə dəstək olacaq. Yeni evinə xoş gəldin, Dani”-deyə bildirib.

Futbolçu karyerasında indiyədək 17 komandada forma geyinən Güiza 2011-ci ilin yayında “Fenerbahçe”dan İspaniyanın “Getafe ” komandasına transfer olunub, daha sonra Malayziya və Paraqvay komandalarında forma geyinib.

2018-ci ildən sonra ispan futbolçu doğulduğu İspaniyanın cənubunda yerləşən Əndülüs bölgəsinin 2-ci və ya 3-cü liqa komandalarında çıxış edib.