38 milyon avroluq Sörloth əməliyyatı

Bakı, 4 iyun, Sporaz.tv

Trabzonspor“un keçmiş hücumçusu Alexander SörlothRoma“nın menecer axtarışında olduğu siyahının başındadır. Villarreal ilə daha 4 illik müqaviləsi olan Sörlothun müqaviləsində 38 milyon avroluq çıxış maddəsi var.

İtaliyanın “Roma” komandasının bir müddət “Trabzonspor”da da çıxış edən “Villarreal“ın hücumçusu Alexander Sörlothu transfer etmək istədiyi iddia edilib.

Sporaz.tv xəbərinə əsasən, Romelu Lukakunun vakansiyasını doldurmaq istəyən Roma Sörlothu gündəmə gətirib. “Atletico Madrid”in gənc hücumçusu Samu Omorodion üçün transfer haqqını çox yüksək hesab edən italyan klubu norveçli futbolçunu mərkəz hücumçunun transferi üçün ilk sırada yerləşdirib.

Xəbər təfərrüatında 28 yaşlı futbolçunun müqaviləsində 38 milyon avroluq sərbəst qalma maddəsinin olduğu vurğulanıb və “Roma”nın “Villarreal”ın iqtisadi vəziyyətinin pis olduğunu nəzərə alaraq, bu qiyməti daha da aşağı salmağa çalışdığı bildirilib.

Villarreal ilə 2028-ci ilə qədər müqaviləsi olan Sörloth ötən mövsüm 41 rəsmi matçda iştirak edib və komandasına 26 qol və 6 məhsuldar ötürmə verib.