“3 xalla başlamaq istəyirik”

Bakı, 11 avqust, Sporaz.tv

Beşiktaş“ın hollandiyalı baş məşqçisi Giovanni van BronckhorstSamsunspor” matçı öncəsi bunları dedi; “Nəticədən razıyıq. Kuboku qaldırdığımız üçün şadıq. Superkubokdan həzz aldıq, lakin çərşənbə axşamından etibarən diqqətimizi bu matça yönəltdik”.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının ilk həftəsində “Samsunspor” və “Beşiktaş” qarşılaşıb.

Qarşılaşmadan əvvəl “Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorst açıqlama verib.

Giovanni van Bronckhorst verdiyi açıqlamada; “Nəticədən razıyıq. Kuboku qaldırdığımız üçün şadıq. Superkubokdan həzz aldıq, amma çərşənbə axşamından bəri bütün diqqətimizi bu matça yönəltmişik. Bu gün də eyni performansı göstərib 3 xalla qayıtmaq istəyirik. Səfərdən start götürəcək. Bizə təsir etməyəcək, nəticədə 18 ev və 18 səfər matçı keçirəcəyik” dedi.

Bahar Rüstəm