Bakı, 12 noyabr, Sporaz.tv
Misli Premyer Liqasının XIII turunda “Turan-Tovuz” səfərdə “Səbail”in qonağı olub.
Sporaz.tv xəbər verir ki, 1-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Turan-Tovuz”un üzvü Rüfət Əhmədov oyunla bağlı təəssüratlarını bölüşüb:
-Oyun haqqında düşüncələriniz?
-İstədiyimiz oyunu oynaya bilmədik. Bu oyun “Qarabağ”la oynadığımız oyundan daha fərqli alındı. Amma oyundu. Həmişə yaxşı oynayacağıq deyə bir qayda yoxdur. Alınmayanda, alınmır.
-Sizcə, oyunun qırılma nöqtəsi nə idi?
-Məncə, qırılma nöqtəsi son dəqiqə vurduğumuz qol idi. Bu matçı qazana bilmədik. 1 xal aldıq. Amma 2 xal itirdik. 3 xal qazana bilərdik.
-“Turan – Tovuz” indiyə qədər səfərdə “Səbail”ə 1 qoldan artıq vura bilmir. Bu nə ilə bağlıdır?
-Mən bu il gəlmişəm. Ona cavab verə bilmirəm.
-Növbəti oyun “Sabah”la olacaq. Nə düşünürsüz?
-Bu oyun artıq oldu keçdi. “Sabah”la olan oyuna hazırlaşacağıq. Həmin oyunda maksimum oyunla, maksimum nəticə göstərməyə çalışacıq.
-Bu oyundan sonra ən yaxın rəqibiz olan “Araz-Naxçıvan”la xal fərqiniz bir qədər də artdı. Bu sizdə narahatçılıq yaradırmı?
-Xeyr, futbol elədir ki, sabah nə olacağını bilmək olmur. Bizdə məşqçinin verdiyi tapşırığı maksimum yerinə yetirib, maksimum xal yığmağa çalışacıq.
-Penaltini vura bilməməyiniz oyuna nə dərəcədə təsir etdi?
-Sözsü, təsiri olur. Yəni, dünya ulduzları belə penalti qaçırır. Normaldır məncə.
-Mövsüm sonunda “Turan-Tovuz”u Avroliqa komandaları arasında görə bilərikmi?
-İnşaallah, görəcəyik.
-Liqada yuxarı yerlər uğrunda mübarizədə sizə ən çox maneçilik törədən komanda hansıdır?
-Biz komandalara eyni hazırlaşırıq. Komanda seçmirik. Amma mənə gürə hazırda liqada ən gücü komanda sözsüz, “Qarabağ”dır.
Bahar Rüstəm