3 mövqədə oynaya bilən Maximilian Wöber kimdir?

Bakı, 11 sentyabr, Sporaz.tv

Güclü bədən quruluşu və təsirli sol ayağı ilə diqqət çəkən Maximilian Wöberin Galatasaray (Qalatasaray)-ın transfer gündəmində olduğu iddia edilib. Avstriyalı futbolçu həm sol qanad müdafiəçisi, həm də mərkəz müdafiəçisi kimi çıxış edə bilər. Karyerasına Marswiese alt qrupunda başlayan futbolçu, son olaraq 2023-2024-cü il mövsümünü icarə əsasında Borussia Mönchengladbach klubunda keçirib və Çempionşip komandalarından olan “Leeds United“ə qayıdıb.

Bəs Maximilian Wöber kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Sporaz.tv-nın əldə etdiyi məkumata əsasən, Maximilian Wöber, 4 fevral 1998-ci ildə Avstriyanın Wien şəhərində anadan olub.

Sol ayaqlı oyunçu alternativ olaraq sol qanad müdafiəçisi , sol mərkəz müdafiəçisi və sağ mərkəz müdafiəçisi kimi oynaya bilir.

Hazırda bazar dəyəri 10 milyon avro olan futbolçunun komandası ilə müqaviləsi 30 iyun 2027-ci ildə başa çatacaq.

2023-2024 mövsümünü icarə əsasında “Borussia Mönchengladbach”-da keçirən futbolçu, Bundesliqada 25 matçda forma geyinib, 2072 dəqiqə meydanda qalıb və 2 qol, 3 məhsuldar ötürmə edib.

Maximilian Wöberin karyerasına SSalzburg, Ajax, Rapid Wien, Sevilla, Leeds United və Gladbach kimi mühüm komandalar daxildir. Futbolçu, ümumi karyerasında 280 matçda 17 qol vurub və 18 məhsuldar ötürmə edib.

Bundesliqa karyerası ilə diqqət çəkən futbolçu ümumilikdə 97 matçda çıxış edərək 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Leave a Reply