“Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq”

Bakı, 2 oktyabr, Sporaz.tv

Qarabağ“-“Malmö” matçı öncəsi mətbuat konfransı baş tutub.

Sporaz.tv xəbər verir ki, sabah UEFA Avropa liqasını liqa mərhələsinin 2-ci turunda təmsilçimiz “Qarabağ”, evində İsveç təmsilçisi “Malmö”ni qəbul edəcək. Bu gün keçirilən mətbuat konfransında baş məqçi Qurban Qurbanov bu sözləri qeyd edib:

“Öz meydanımızda ilk oyunumuzu keçirəcəyik. Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq. Çalışdıq ki, komandanı oyuna yaxşı hazırlayaq”.

“Düzünü desəm, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Çünki biri var 3-4 komandanı təhlil edəsən, biri də var 36 komandanın oyunlarını yaxından izləyəsən. Lakin istənilən halda bu bizə problem yaratmamalıdır. Çünki futbolun dili birdir”.

Komandanın hücumçusu Juninho da matç haqqında fikir bildirib:

“Çox önəmli oyundur. Bütün azarkeşlərimiz, Azərbaycan xalqı bizdən qələbə gözləyir. İnanırıq ki, ümidləri doğruldacağıq. Son 3 oyunda qol vura bilmirəm. Məşqlərdə əzmlə çalışıram ki, daha məhsuldar olum”.

Bahar Rüstəm