25 matçda 1 qol vuran Szymanskinin çıxışına sistemin təsiri müzakirə edilir

Bakı, 6 oktyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin polşalı ulduzu Sebastian Szymanski bu mövsüm köhnə günlərini xatırladan performans nümayiş etdirir. Baş məşqçi Jose Mourinhonun sistemi də son 25 matçda 1 qol vuran Szymanskinin forması ilə bağlı sual altındadır.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin polşalı yarımmüdafiəçisi Sebastian Szymanski, bu mövsümki performansı ilə ötən mövsüm kimi yaxşıdır. İstədiyi səviyyəyə çata bilməyən Szymanski, son 25 matçda cəmi 1 qol vura bilib.

Müdafiədə komandaya fayda verən, lakin hücumda səmərəsiz qalan polşalı futbolçunun bu çıxışına, baş məşqçi Jose Mourinhonun oyun sisteminin təsiri də müzakirə edilir.

Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında qapıdan uzaqda oynayan 25 yaşlı futbolçu, ötən mövsüm daha irəlidə oynayırdı.

Sebastian Szymanskini 9,7 milyon avroya heyətinə qatan “Fenerbahçe” rəhbərliyi, mövsümün əvvəlində: “Futbolçumuzu 4 milyon avro almaq üçün satmırıq”- deyərək 14 milyon avroluq təklifi rədd etmişdi.

Təcrübəli oyunçunu, hələ də “Napoli“, “Sevilla” və “Leverkusen” kimi Avropanın önəmli komandaları izləyir. Sarı-göylər heyəti, polşalı futbolçunun 20 milyon avroya ayrılmasına icazə verməyi düşünür.