22 yaşlı futbolçu vəfat edib

Bakı, 12 noyabr, Sporaz.tv

Ekvador millisinin və LDU klubunun futbolçusu Marko Angulo 22 yaşında vəfat edib.

Sporaz.tv xəbər verir ki, oyunçu avtomobil qəzasından sonra həyatını itirib.

Hadisə oktyabrın 7-də baş verib. Kito şəhərinin cənub-şərqində Angulo və digər dörd nəfərin olduğu avtomobil sürətlə hərəkət edərkən 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində avtomobildəki şəxslərdən ikisi hadisə yerində həlak olub.

Angulo isə çanaq sümüyünün sınığı, pnevmotoraks, beyin ödəmi və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir ay xəstəxanada yatan futbolçu həkimlərin bütün səylərinə baxmayaraq, noyabrın 11-də vəfat edib.

Qeyd edək ki, M. Angulo Ekvador millisində 2 oyun keçirmişdi.

Leave a Reply