21 ildən sonra ilk

Bakı, 5 sentyabr, Sporaz.tv

Avropada ilin futbolçusuna verilən “Qızıl top”un 30 futbolçusunun siyahısı açıqlanıb. Lionel MessiCristiano Ronaldo 2003-cü ildən bəri ilk dəfə birlikdə siyahıya daxil edilməyib.

Sporaz.tv xəbər verir ki, “France Football” jurnalının 1956-cı ildən bəri payladığı mükafata bu il namizəd olan 30 futbolçunun adı “Qızıl top”un sosial media hesabında açıqlanıb.

Mükafatlar oktyabrın 28-də Parisdə keçiriləcək mərasimdə öz qaliblərini tapacaq.

“İnter Miami”də çıxış edən Lionel Messi və karyerasını “Al-Nassr”də davam etdirən Cristiano Ronaldo açıqlanan siyahıda yer almayıb.

2003-cü ildən bəri ilk dəfə Lionel Messi və Cristiano Ronaldo eyni vaxtda “Qızıl top”un ən yaxşı futbolçuları siyahısına daxil edilməyib.

Lionel Messi 2022-ci ildə namizəd ola bilməsə də, 2023-cü ildə mükafatı qazanıb.

Cristiano Ronaldo 2022-ci ildə 18-ci dəfə bu mükafata namizəd olub və öz rekordunu qırıb. Portuqaliyalı ulduz ötənilki siyahıda yer almayıb.

2024-cü ilin Qızıl top mükafatına namizəd olan 30 futbolçu aşağıdakılardır:

Jude Bellingham (Real Madrid)

Ruben Dias (Manchester City)

Phil Foden (Manchester City)

Federico Valverde (Real Madrid)

Emiliano Martinez (Aston Villa)

Artem Dovbyk (Girona/Roma)

Erling Haaland (Manchester City)

Nico Williams (Athletic Bilbao)

Toni Kroos (Real Madrid)

Granit Xhaka (Bayer Leverkusen)

Vinicius Junior (Real Madrid)

Mats Hummels (Borussia Dortmund/Roma)

Florian Wirtz (Bayer Leverkusen)

Martin Odegaard (Arsenal)

Dani Olmo (RB Leipzig/Barcelona)

Rodri (Manchester City)

Harry Kane (Bayern Münih)

Declan Rice (Arsenal)

Vitinha (PSG)

Cole Palmer (Chelsea)

Dani Carvajal (Real Madrid)

Lamine Yamal (Barcelona)

Bukayo Saka (Arsenal)

Hakan Çalhanoğlu (Inter)

William Saliba (Arsenal)

Kylian Mbappe (PSG/Real Madrid)

Lautaro Martinez (Inter)

Ademola Lookman (Atalanta)

Antonio Rüdiger (Real Madrid)

Alejandro Grimaldo (Bayer Leverkusen)

Bahar Rüstəm