2030-cu il dünya çempionatının finalının ev sahibi müəyyənləşib

Bakı, 4 iyul, Sporaz.tv

İspaniya, PortuqaliyaMərakeşin ortaqlığı ilə keçiriləcək 2030-cu il dünya çempionatının final matçı “Real Madrid“in stadionu Santiago Bernabeuda keçiriləcək.

Sporaz.tv xəbər verir ki, 3 ölkənin ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatının oyunlarına ev sahibliyi edəcək stadionların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Turnirdə istifadə olunacaq stadionların iyulun 31-də açıqlanacaq. 2030-cu ildə keçiriləcək dünya çempionatının finalının “Real Madrid”in Santiago Bernabeu stadionunda oynanacaq. Bu seçimdə “Real Madrid” və FİFA arasında yaxşı münasibətlərin də mühüm rol oynadığı, İspaniyanın turnir üçün 12 və ya 13 stadion təklif edəcəyi bildirilib.

2030-cu ildə dünya çempionatının 100-cü ildönümü olduğu üçün ev sahibi ölkələrdən başqa yerlərdə 3 oyunun keçiriləcəyini açıqlamışdı. Uruqvay, ArgentinaParaqvay turnirdə ilk oyunlarını öz ölkələrində keçirəcək. Bu 3 ölkə ilə yanaşı, turnirə ev sahibliyi edən İspaniya, Portuqaliya və Mərakeş 2030-cu ildə keçiriləcək dünya çempionatında birbaşa iştirak etmək hüququ qazanacaq.

Bahar Rüstəm