2026-cı ildə Çempionlar Liqasının finalının keçiriləcəyi ölkə bəlli olub

Bakı,23 may,Sporaz.tv

UEFA İcraiyyə Komitəsi UEFA Avropa Liqasının finalından əvvəl Dublində toplaşaraq müxtəlif məsələlərlə bağlı qərarlar qəbul edib.

Sporaz.tv xəbər verir ki, Komitə 2026 və 2027-ci illərdə klub səviyyəsində keçiriləcək təşkilatların finallarına ev sahibliyi edəcək şəhər və stadionları müəyyən edib.

Final mərhələsinin ev sahibləri aşağıdakılardır:

UEFA Çempionlar Liqası:

2026: Budapeşt, Puşkaş Arena
2027: Milanın San Siro Stadionunda təmir planları haqqında məlumat təqdim edildiyi üçün qərar sentyabr ayına qədər təxirə salındı.

UEFA Avropa Liqası:

2026: İstanbul, Beşiktaş Parkı (Tüpraş)
2027: Frankfurt, Frankfurt Stadionu

UEFA Konfrans Liqası:

2026: Leipzig, RB Arena
2027: İstanbul, Beşiktaş Parkı (Tüpraş)

Bahar Rüstəm