2024-cü ildə Ballon d’Or mükafatlandırma mərasimi nə vaxt keçiriləcək?

Bakı, 5 sentyabr, Sporaz.tv

France Football” jurnalının 1956-cı ildən bəri yaydığı mükafata namizəd olan futbolçular açıqlanıb. Cristiano RonaldoMessi 2003-cü ildən bu yana ilk dəfə bu il namizəd göstərilməsələr də, Türkiyə Milli Komandasının kapitanı Hakan Çalhanoğlu namizəd olanlar arasında olub. “Qızıl top”un mükafatlandırma mərasiminin keçiriləcəyi tarix futbolsevərlər tərəfindən maraqla qarşılaşır. Futbol dünyasının ən nüfuzlu mükafatı sayılan Ballon d’Or-da mükafatlar müxtəlif kateqoriyalar üzrə paylanacaq.

Sporaz.tv xəbər verir ki, Ballon D’Or mükafatlandırma mərasimi üçün həyəcanlı geri sayım başladı. Bu il iddialı adlar “Qızıl top” mükafatına namizəd olub. Namizəd 30 futbolçu arasında ellingham, Ruben Dias, Phil Foden, Valarde, Erling Haaland, Toni Kroos kimi ulduzlarla yanaşı, “İnter”də çıxış edən Hakan Çalhanoğlu da yer alacaq.

Qızıl topun mükafatlandırma mərasimi bu il oktyabrın 28-də bazar ertəsi keçiriləcək. Mükafatlar “Ən yaxşı qadın futbolçu”, “Ən yaxşı kişi futbolçu”, “Ən yaxşı qadın məşqçi”, “Ən yaxşı kişi məşqçi”, “Qaadınlar üzrə ən yaxşı klub”, “kişilər üçün ən yaxşı klub” kateqoriyaları üzrə veriləcək.

2003-cü ildən bəri ilk dəfə olaraq futbol əfsanələri portuqaliyalı ulduz hücumçu Cristiano Ronaldo və argentinalı ulduz futbolçu Lionel Messi builki “Qızıl top”a namizədlər sırasında yer almayıblar. Ötən il “Galatasaray”ın İtaliyanın “Napoli” komandasından icarəyə götürdüyü nigeriyalı hücumçu Viktor Osimhen də siyahıda olsa da, bu il namizədlər arasında deyil.

Messi 8 dəfə “Qızıl top”u ən çox qazanan oyunçudur, onun ən yaxın izləyicisi Ronaldo isə bu mükafatı 5 dəfə qazanıb.

2024-cü il “Qızıl top” mükafatına namizədlər:

Jude Bellingham (Real Madrid)

Ruben Dias (Manchester City)

Phil Foden (Manchester City)

Federico Valverde (Real Madrid)

Emiliano Martinez (Aston Villa)

Artem Dovbyk (Girona/Roma)

Erling Haaland (Manchester City)

Nico Williams (Athletic Bilbao)

Toni Kroos (Real Madrid)

Granit Xhaka (Bayer Leverkusen)

Vinicius Junior (Real Madrid)

Mats Hummels (Borussia Dortmund/Roma)

Florian Wirtz (Bayer Leverkusen)

Martin Odegaard (Arsenal)

Dani Olmo (RB Leipzig/Barcelona)

Rodri (Manchester City)

Harry Kane (Bayern Münih)

Declan Rice (Arsenal)

Vitinha (PSG)

Cole Palmer (Chelsea)

Dani Carvajal (Real Madrid)

Lamine Yamal (Barcelona)

Bukayo Saka (Arsenal)

Hakan Çalhanoğlu (Inter)

William Saliba (Arsenal)

Kylian Mbappe (PSG/Real Madrid)

Lautaro Martinez (Inter)

Ademola Lookman (Atalanta)

Antonio Rüdiger (Real Madrid)

Alejandro Grimaldo (Bayer Leverkusen)

Bahar Rüstəm