“2000-ci ildə olduğu kimi avrokubokları da qazanmaq istəyirik”

Bakı, 26 sentyabr, Sporaz.tv

Galatasaray“ın futbolçusu Yunus AkgünPAOK“un qələbəsindən sonra açıqlama verib. Yunus Akgün çıxışında deyib; “Arzularımı gerçəkləşdirirəm. Bütün yarışlarda kuboku qazanmağa can atırıq. İnşallah, 2000-ci ildə olduğu kimi avrokubokları da qazanmaq istəyirik” dedi.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının ilk oyununda “Galatasaray”, “PAOK”-u qəbul edib. Qarşılaşmada “sarı-qırmızılılar” 3-1 qalib gəldi.

Qarşılaşmada qolu qeyd edən Yunus Akgün açıqlama verib.

Galatasaraylı futbolçu açıqlamasında; “Komanda yoldaşlarıma halal olsun. Azarkeşlərimizin dəstəyi ilə 3 xal qazanmaq istəyirdik. Bu gün həqiqətən çox mübarizə apardıq. Meydanda oynamaqdan həzz alıram. Bütün dostlarıma halal olsun” dedi.

Yunus Akgün sözlərinə belə davam etdi; “2008-ci ildə “Galatasaray”ın qapısından daxil olmuşam. Arzularımı gerçəkləşdirirəm. Bütün yarışlarda kuboku qazanmağa can atırıq. İnşallah, 2000-ci ildə olduğu kimi avrokubokları da qazanmaq istəyirik”.

Bahar Rüstəm

Leave a Reply