Bakı, 26 sentyabr, Sporaz.tv
“Galatasaray“ın futbolçusu Yunus Akgün “PAOK“un qələbəsindən sonra açıqlama verib. Yunus Akgün çıxışında deyib; “Arzularımı gerçəkləşdirirəm. Bütün yarışlarda kuboku qazanmağa can atırıq. İnşallah, 2000-ci ildə olduğu kimi avrokubokları da qazanmaq istəyirik” dedi.
Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının ilk oyununda “Galatasaray”, “PAOK”-u qəbul edib. Qarşılaşmada “sarı-qırmızılılar” 3-1 qalib gəldi.
Qarşılaşmada qolu qeyd edən Yunus Akgün açıqlama verib.
Galatasaraylı futbolçu açıqlamasında; “Komanda yoldaşlarıma halal olsun. Azarkeşlərimizin dəstəyi ilə 3 xal qazanmaq istəyirdik. Bu gün həqiqətən çox mübarizə apardıq. Meydanda oynamaqdan həzz alıram. Bütün dostlarıma halal olsun” dedi.
Yunus Akgün sözlərinə belə davam etdi; “2008-ci ildə “Galatasaray”ın qapısından daxil olmuşam. Arzularımı gerçəkləşdirirəm. Bütün yarışlarda kuboku qazanmağa can atırıq. İnşallah, 2000-ci ildə olduğu kimi avrokubokları da qazanmaq istəyirik”.
Bahar Rüstəm