20 ildən sonra qələbə

Bakı, 6 sentyabr, Sporaz.tv

San Marino Millətlər Liqası D Liqasının 1-ci qrupunun ilk oyununda Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib və 20 ildən sonra ilk qələbəsini qazanıb. San-Marinonun bu qələbəsi bütün dünyada böyük təsir bağışladı.

Sporaz.tv xəbər verir ki, Millətlər Liqasının oyunlarına start verilib. D Liqasının 1-ci qrupunda yer alan San Marino və Lixtenşteyn yığmaları San Marino stadionunda üz-üzə gəlib.

Qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin 19 yaşlı hücumçusu Nikko Sensoli 53-cü dəqiqədə fərqlənib.

San Marino matçı 1:0 hesabı ilə qalib gəlib. “Göy-ağlar” futbol tarixində 20 ildən sonra qələbə qazanıb.

San-Marinonun 20 illik həsrətinə son qoyan bu qələbə bütün dünyada xəbər mövzusuna çevrildi.

Bahar Rüstəm

Leave a Reply