18 ildən sonra Barcelonanı tərk etdi

Bakı, 14 avqust, Sporaz.tv

Barcelona” daha bir əfsanə ilə yollarını ayırıb. 18 il tünd göy rəngli forma geyinən Sergi Roberto, 32 yaşında Kataloniya komandası ilə göz yaşları ilə vidalaşıb.

Çempionlar Liqası çempionluğu da daxil olmaqla 25 kubok, formanın geyinildiyi 373 matç… Saysız-hesabsız xatirələr və bir gün gələcəyi bilinən bir vida.

Sergi Roberto, klubda 18 illik fəaliyyətindən sonra “Barcelona”dan ayrıldığını açıqlayıb.

14 yaşında gənclər komandasına qoşulduğu Kataloniya yığmasında, Pep Guardiolanın istəyi ilə A komandasına yüksələn uğurlu adla vida görüşü keçirilib.

Komanda yoldaşları onu səssizcə dinləyərkən, o, bəzən göz yaşlarını saxlaya bilməyib.

Sergi Roberto: “18 yaşlı oğlan kimi mənə ilk formanı verən Guardiola idi və mənim üçün bu, arzularımın gerçəkləşməsi demək idi. Bu, şübhəsiz ki, karyeramın ən parlaq vaxtı idi. Bəxtim gətirdi, çünki soyunub-geyinmə otağını bütləşdiyim bir çox futbolçu ilə bölüşdüm. Ayrılarkən deməliyəm ki, mən xoşbəxtəm, fəxr edirəm. 18 il hər şeyimi verdiyim bu klub həmişə ürəyimdə olacaq.”- sözlərindən istifadə etdi.

Kataloniya komandasının yeni baş məşqçisi Hansi Flick, Robertonun artıq “Barcelona”nın oyunçusu olmadığını bildirib.

Təcrübəli adın növbəti dayanacağının Ajax və ya Fiorentina olacağı gözlənilir.