Bir kapitan daha gəmini tərk etdi

Bakı, 27 iyun, Sporaz.tv

Real Madrid” hər il öz kapitanlarını itirir. 2021-ci ildə Ramos, 2022-ci ildə Marcelo, 2023-cü ildə Benzema, indi isə Nacho kludan ayrıldı.

Sporaz.tv xəbər verir ki, Nacho Fernandez 18 yanvar 1990-cı ildə Madriddə dünyaya gəlib. 11 yaşında “Real Madrid”in akademiyasına qatılaraq 23 il davam edəcək karyeranın başlanğıcını qoyub. 2011-ci ildə əsas komandaya yüksəlib. “Real Madrid”də çıxdığı 475 matçda 20 dəfə rəqib komandanın qapısına yol tapa bilib.

Nacho əsas karyerasını keçirdiyi “Real Madrid”də 4 laliga, 2 kral kuboku, 5 İspaniya Superkuboku, 6 Çempionlar liqası kuboku, 3 UEFA Super Kuboku , 5 FiFA Klublararası Dünya Kuboku da daxil olmaqla 26 kubok qaldırıb.

Amma indi ayrılıq vaxtıdır, Nacho öz sosial media hesabından klub və azarkeşlərlə vidalaşıb.

Bahar Rüstəm