152 illik klub satılır

Bakı, 6 sentyabr, Sporaz.tv

Şotlandiyanın köklü “Rangers” klubunun satılacağı iddia edilib. Futbol konsaltinq şirkətinin sahibi Keith Wyness, “Rangers”in ABŞ investorlarına satılacağını iddia etdi.

Sporaz.tv xəbər verir ki, əvvəllər “Aberdeen”in baş direktoru vəzifəsində çalışmış, “Everton” və “Aston Villa”da menecer olmuş Keith Wyness “Football Insider”ə verdiyi açıqlamada “Rangers”in satılacağını iddia etmişdi.

Wyness, dəyərinin təqribən 150 milyon funt sterlinq olduğu göstərilən “Rangers”-in ABŞ investorları tərəfindən 100-120 milyon funt sterlinq + bonuslarla satın alına biləcəyini söylədi.

Xəbərlərdə vurğulanıb ki, “Rangers”in hazırkı səhmdarlarından bəziləri satışa müsbət yanaşırlar. Keith Wyness bildirdi ki, “Rangers”ə tamamilə yeni peşəkar komanda lazımdır.

Bahar Rüstəm

Leave a Reply