15 milyon avro qurban verildi

Bakı, 26 iyun, Sporaz.tv

Hücumçu transfer etməyi planlaşdıran “Fenerbahçe“da Jose Mourinhonun prioritetinin Alvaro Morata olduğu iddia edilib. “Fenerbahçe”nın ispan hücumçusu Mourinhonun istədiyi üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Sporaz.tv məlumat verir ki, Jose Mourinhonun rəhbərliyi altında mütləq çempionluq devizi ilə yeni mövsümə qədəm qoyan “Fenerbahçe” üçün transfer çalışmaları davam edir.Portuqaliyalı məşqçinin gücləndirilməsini istədiyi mövqelərdən biri də hücumçudur.

Mourinhonun hücumçu prioritetinin Alvaro Morata olduğu bildirilib.

Xəbərdə Moratanın tənqidlərə görə təzyiq altında hiss etdiyi və yeni bir macəraya başlasa, bunun İspaniyadan kənarda olacağı vurğulanıb.

Mourinhonun Moratanın keçdiyi prosesdən xəbərdar olduğu bildirilib və portuqaliyalının prioritetinin Dzekonun yerinə ispan hücumçunu komandaya cəlb etmək olduğu bildirilib.

Edin Dzekonun böyük ehtimalla “Fenerbahçe”dan ayrılacağı qeyd edilərkən, sarı-göylülərin də Lukaku və Mane ilə maraqlandığı bildirilib.

Digər tərəfdən, “Fenerbahçe”nın Alvaro Morata üçün 15 milyon avro ödəməyə hazır olduğu xəbərlərdə ətraflı şəkildə yer alıb.

Karyerası ilə bağlı son qərarı AVRO-2024-dən sonra verəcək Morata ilə “Roma”, “Juventus“, “Borussiya Dortmund” və “Manchester United“in maraqlandığı bildirilib.

Atletico Madrid“lə daha 2 illik müqaviləsi olan 31 yaşlı hücumçu son mövsümdə 51 matçda meydana çıxıb və 22 qol və 5 məhsuldar ötürmə ilə hesaba töhfə verib.