Bakı,31 may,Sporaz.tv
NBA-nın pley-off mərhələsində Mavericks Qərb Konfransının final seriyasının 5-ci oyununda Timberwolves-i qəbul etdi.
Sporaz.tv xəbər verir ki,Qərb Konfransının finalında Minnesota Timbervolves-i 124-103 hesabı ilə məğlub edən Dallas Mavericks, seriyada 4-1 qalib gələrək Amerika Basketbol Liqasının (NBA) finalında Boston Celtics-in rəqibi oldu.
Beləliklə, Dallas 13 ildən sonra finala yüksəlməyi bacarıb.
NBA çempionunun müəyyənləşəcəyi Celtics və Mavericks arasında final seriyası 7 İyunun Cümə günü, CET vaxtı ilə 03.30-da keçiriləcək matçla başlayacaq.