Bakı, 3 oktyabr, Sporaz.tv
Çempionlar Liqasının ikinci həftə matçında “Juventus“(Yuventus), səfərdə “Leipzig“-i 3:2 hesabı ilə məğlub edib.
Sporaz.tv məlumat verir ki, Çempionlar Liqasının ikinci həftəsində “Leipzig” və “Juventus”, komandaları “Leizpig” stadionunda üz-üzə gəlib. “Juventus”, 10 nəfərə düşməsinə baxmayaraq, matçı qazanmağı bacarıb.
Qarşılaşmada “Leipzig”, 30-cu dəqiqədə Sesko ilə hesabda önə keçib. “Juventus” bu qola 50-ci dəqiqədə Vlahoviclə cavab verib. 59-cu dəqiqədə “Juventus”-un qapıçısı Di Gregorio qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Bu qırmızı vərəqədən sonra “Juventus”-un baş məşqçisi Thiago Motta, Kenan Yıldızı uzaqlaşdıraraq, qapıçı Perini oyuna daxil edib. “Sesko” “Leizpig”-də qazandığı penaltini dəqiq yerinə yetirərək komandasını yenidən 2-1 önə keçirib.
Dəqiqələr 68-i göstərəndə Vlahovic 10 oyunçusu olan “Juventus”-un heyətində yenidən səhnəyə çıxıb və hesabı 2-2-yə çatdırıb. Hesabı müəyyənləşdirən qol 82-ci dəqiqədə Conceiçaodan gəlib. “Juventus”, 10 futbolçu ilə geridə qalmasına baxmayaraq, 3:2 hesabı ilə qalib gələrək Almaniyadan vətənə 3 xalla qayıdıb.