1.72 boyu ilə “NBA”da qalmağı bacarıb

Bakı, 16 oktyabr, Sporaz.tv

NBA komandalarından  Memphis Grizzliesin yaponiyalı oyunçusu həm azarkeşlərin, həm də medianın diqqət mərkəzinə düşüb.

Sporaz.tv xəbər verir ki, Yapon  Yuki Kawamura, NBA ortalaması ilə müqayisədə qısa sayıla bilən boyuna baxmayaraq, uğurlu oyunu və simpatik hərəkətləri ilə heyranlıq yaradıb.

Boyu 1 metr 72 santimetr olan Kawamura, qısa boyunun dezavantajını istedadları ilə tamamlayır.

23 yaşlı Kavamura, son oyununda  Indiana Pacerslə qarşılaşmada 10 xal və 7 məhsuldar ötürmə edib. Bu uğuru ilə yaponiyalı oyunçu NBA müqaviləsinə də zəmanət verib.

Memphis Grizzlies, yapon oyunçu ilə 1 milyon 150 min dollarlıq 1 illik müqavilə imzalayıb.